Tanınmış pop ulduzu Hadise Azərbaycanda da izlənilən serialın cəzalandırılmasını pisləyib.
OLAY yazır ki, müğənni bu barədə instaqramda paylaşım edib. O, “Kızılcık Şerbeti” serialının yayımının dayanadırılmasının mənasız olduğunu bildirib.
2018-ci ildə “Sıfır Tolerans” mahnısının Türkiyənin Radio və Televiziya Şurasının qərarı ilə yayımlanmamasını önə çıxaran Hadise bu sözləri yazıb:
“Bu cür qərarlar və qadağalara artıq təəccüblənmirəm. O zaman da susmamışdım, yenə də susmuyacam. “Kızılcık Şerbeti” serialının dayandırılması qərarı lazımsız və mənasızdır. Qadına şiddəti serialları göstərməməklə dayandıra bilməyəcəyinizi anladığınız günləri görmək ümidi ilə”.
Humay İsgəndərova