Film / Serial
Film / Serial

Qadına hücum etdiyi üçün saxlanıldı

Qadına hücum etdiyi üçün saxlanıldı

“Krid III” filmində rol alan ABŞ aktyoru Conatan Majors mübahisə etdiyi şəxsə hücum etdiyi iddiası ilə saxlanılıb.

OLAY yazır ki, Nyu -York Polis İdarəsindən verilən yazılı açıqlamada məşhur aktyorun 30 yaşlı qadınla dava yaratdığı bildirilib.

Qeyd olunub ki, hücuma məruz qaldığı iddia edilən xanım baş və boyun nahiyəsindən yüngül xəsarətlər alıb və hazırda xəstəxanada müalicə olunur.