Daha bir sənətçi İkinci Qarabağ müharibəsinə həsr edilən filmlə bağlı qalmaqala münasibət bildirib.
OLAY yazır ki, aktrisa Fəridə Şahbazova bu barədə instaqramda yazıb:
“Bəli, sözügedən layihəyə məni də çağırıb, “Fəridə xanım, fazla rahatsınız” deyən kimsələr, bəli, mən rahat idim və bu gün də rahatam, çünki nə vətənimi, nə də sənətimi ucuza satmadım”.
Qeyd edək ki, sözügedən layihə ilə bağlı etirazlarını aktyor Corc Qafarov, Türkay Cəfərli, Yasin Həzirə və müğənni Vüqar Muradov bildirib.