Müğənni Vüqar Muradov ötən gün İkinci Qarabağ müharibəsinə həsr edilən film ətrafında yaranan qalmaqalla bağlı münasibət bildirib.
OLAY yazır ki, sözügedən layihədə yer alması planlaşdırılan Vüqar Corc Qafarovun iddialarını təsdiqləyib:
“Həmin filmdə mən də rol alacaqdım, Hadruta təlimlərə birlikdə getmişdik. Corc düz deyir, ayağımız - hər yerimiz pis günə qalmışdı, zövqlə görürdük bu işi, amma sonda dedilər ki, film qaldı marta. Bilmirəm kimlər pul yedi-yemədi, amma nəsə ortada fırıldaq olduğu bəlli oldu”.
Qeyd edək ki, məsələ ilə bağlı ilk paylaşımı Corc Qafarov edib. Daha sonra aktyorlar Türkay Cəfərli və Yasin Həzirə də məsələyə münasibət bildirib.