Film / Serial
Film / Serial

“Yasak Alma” İspaniyada ən yüksək reytinqi qazandı

“Yasak Alma” İspaniyada ən yüksək reytinqi qazandı

Altı mövsümdür heyranlıqla izlənilən FOX-un “Yasak Alma” serialı 19 fevral tarixində Atresmedia-nın “Antena 3” kanalı vasitəsilə ispan tamaşaçıları ilə görüşüb.

OLAY yazır ki, kanalda “Pecado Original” adı ilə yayımlanan serial, öz saatında 15% payla “son on ilin ən yaxşı serialı”nın premyerası olub və eyni müvəffəqiyyətlə ispan pərəstişkarları ilə görüşməyə davam edir.

Ardıcıl 16 aydır kanala liderlik edən uğurlu məzmunlar arasında yerini tutan “Pecado Original” eyni zamanda 15% ilə bir ilin ən yüksək nəticəsinə və son 17 ildə rəqibi arasında ən böyük fərqə nail olub.

Qeyd edək ki, serialda baş rolları Eda Ece, Şevval Sam, Nəsrin Cavadzadə, Biran Damla Yılmaz və başqaları oynayır.