“Evdə Qalmış” filminin kadrarxasında duyğulu anlar yaşanıb.
OLAY yazır ki, bu barədə filmin rejissoru Valeh Əhmədov məlumat verib.
O bildirib ki, film çəkilişləri zamanı məkan axtararkən mərhum sənətçi Rəhim Rəhimli heyətə köməklik edib. Şəxsi tanışlıq olmasa belə, müğənni rejissorla əlaqə saxlayıb, məkan axtardığını eşidib, ona köməklik etmək istəyib. Hətta söz verib ki, film üçün xüsusi mahnı da bəstələyəcək. Ancaq çəkiliş bitən zaman müğənni dünyasını dəyişib. Amma rejissor filmdə Rəhim Rəhimlinin mahnısından bir parça səsləndirib.
Qeyd edək ki, film hazırda günün istənilən saatında Park Cinema kinoteatrlar şəbəkəsinin nümayiş olunur.