Moda dünyasının unudulmaz simalarından olan, 2019-cu ildə dünyasını dəyişən modelyer Karl Laqerfeldin həyatı seriala çevrilir.
OLAY yazır ki, Karlın dizayner kimi yüksəlişinə diqqət yetirəcək ekran işini “Disney” istehsal edəcək.
6 bölümdən ibarət olacaq layihədə 1970-ci illərdə Paris moda dünyasında baş verən hadisələr əhatələnəcək.
Serialda Laqerfeld obrazını isə aktyor Daniel Brühl canlandıracaq.