Türk aktrisa Meral Konrat “Təhminə” filmində tərəf müqabili olduğu Xalq artisti Fəxrəddin Manafovla bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Elgizlə izlə” proqramında danışıb. Aktrisa həm də aktyorla adının eşq dedi-qodularında hallanmasına aydınlıq gətirib:
“Biz filmi ürəkdən hiss edərək oynadıq. Aramızda bir sevgi münasibəti olmadı. Onunla çox yaxşı dostuq, buradan da salamlayıram. Subayam, namizədləri gözləyirəm”.