Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən “Ən səmimi sevgi ilə” sənədli filmi Niderlandda mükafata layiq görülüb.
OLAY yazır ki, bu barədə layihənin müəllifi Hüseyn Cavadzadə məlumat verib.
Bildirilir ki, ekran işi Amsterdamda keçirilən “Amsterdam World İnternational Film Festival"da “Ən yaxşı sənədli film” nominasiyası üzrə mükafata layiq görülüb.
Festivalda ABŞ, Böyük Britaniya, Çin, İsveçrə, Portuqaliya, Koreya, Rusiya və digər ölkələr iştirak edib.
Xatırladaq ki, sözügedən film “Yüz ilin sirləri” layihəsi çərçivəsində hazırlanıb.
Hazırda “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanan “Ən səmimi sevgi ilə” sənədli filminin martda Türkiyə, apreldə Avropanın bir neçə ölkəsində, mayda isə ABŞ-də geniş kütləyə təqdim olunması planlaşdırılır.