Səs-küyə səbəb olan “Joker” filminin ikinci hissəsinin aktyorları şikayətçidir.
OLAY yazır ki, onlar kinonun çəkiliş meydançasında tualetə getmələrinin qadağan edilməsindən narazıdır.
Ulduzlara tualetə getmək, su içmək qadağan edilir və 2 saat fasiləsiz işləməyə məcbur edilir.
KİV-in məlumatına görə, bu cür problemlər tez-tez operatorun kameranı əlavə konfiqurasiya etməli olduğu zaman yaranır. Bu proses adətən 20-60 dəqiqə çəkir.