Ötən gün Türkiyədə baş verən dəhşətli zəlzələylə bağlı sosial mediada müzakirələr davam edir.
OLAY yazır ki, bir qism zəlzələnin ABŞ tərəfindən məqsədli şəkildə, təbiətə bağlı olmadan törədildiyini yazır, digər qism isə onları coğrafiya kitablarını oxumağa dəvət edir.
Bütün bu müzakirələrin fonunda “Simpsonlar” cizgi serialı yenidən gündəmə gəlib. Buna səbəb isə layihənin bölümlərindən birində Kahramanmaraşa göndərilən gəmi səhnəsinin olmasıdır. Sözügedən video sosial şəbəkələrdə yenidən viral olub. İzləyicilər iddia edib ki, bu səhnə hazırkı hadisələrə göndərmədir.