Film / Serial
Film / Serial

Röya Ayxanla baş rola çəkiləcəkmiş...

Röya Ayxanla baş rola çəkiləcəkmiş...

“Avroviziya” qalibi Nigar Camal “Qış nağılı” filmi ilə bağlı bilinməyən detalları açıqlayıb.

OLAY yazır ki, o, ssenarinin sonradan dəyişildiyini, ilkin filmin hazırkı versiyada olmadığını bildirib:

“Rejissor istəyirdi ki, həmin filmə Röya Ayxanla çəkilək. Biz iki düşməni oynamalı idik. Ssenari belə idi. O zaman bizim münasibətimiz yaxşı idi, danışırdıq. Bir ay sonra “Altın Kelebek” oldu, münasibətlər bitdi”.

Qeyd edək ki, Xalq artisti Röya Ayxan və Nigar Camalın münasibətləri 2017-ci ildə “Altın Kelebek” mükafatları zamanı korlanıb.