Müğənni Samirə Əfəndi qonaq olduğu “Səhər mərkəzi” proqramında “Filmə çəkilmisən” sualını cavablandırıb.
OLAY yazır ki, sənətçi “Qış nağılı” filmində yer aldığını bildirib. Bu zaman aparıcı Afaq Gəncəli “Bütün Azərbaycan çəkilib orada” rəyini verib.
Tural Əsədov isə “O kinoda çəkilməyən insanın adını çəkmək daha asan olar”, - deyə, bildirib.
“Halil Sezai sağ ollaşsın deyə, Qəbələyə gəldim, gecəylə qayıtdım” deyən Samirəyə “Mən də Halil Sezaini təqdim edirdim. Çox böyük rolum var idi orada”, - deyə, Afaq söyləyib.