Film / Serial
Film / Serial

“Bridgerton”un əsas ulduzu da serialdan ayrılır

“Bridgerton”un əsas ulduzu da serialdan ayrılır

Fibi Dinevor “Bridgerton” serialının 3-cü sezonunda yer almayacaq.

OLAY yazır ki, 27 yaşlı aktrisanın layihədən çəkilməsinin ilkin səbəbi kimi sıx iş rejimi göstərilib.

2020-ci ildə “Bridgerton”da çəkiləndən sonra Fibi “The Color Room” və “Bank Of Dave” kimi filmlərdə baş rolu canlandırıb.

Gələcək layihələrinə gəlincə, Fibinin “Miramax”ın dedektiv trilleri “The Heritance”ın çəkiliş cədvəli “Bridgerton”un üçüncü mövsümü ilə üst-üstə düşüb. Tarixi dramının istehsalına rəsmi olaraq 2022-ci ilin iyulunda başlanılsa da, aktrisa o zaman Neil Burgerin rejissoru olduğu yeni filmdə çəkilmək qərarında qətiyyətli idi.

Qeyd edək ki, Fibi Reqe Cin Peyclə birlikdə serialda baş rolu canlandırırdı. Lakin Reqe də ekran işinin birinci sezonundan sonra layihədən ayrılmışdı.