“Bihter” filmində rol almağa hazırlaşan Hande Ataizi layihə ilə bağlı açıqlama verib.
OLAY yazır ki, Firdevs obrazına həyat verəcək olan aktrisa jurnalistlərin suallarını cavablandırıb:
“Biz serial çəkmirik, film hazırlayırıq. Bəzi yazılarda serial kimi qeyd olunur. Amma yanlışdır. Tamamilə fərqli bir iş alınacaq. Hadisələr 1900-cü illərdə cərəyan edir. Çox detallara girmirəm. Hekayədən fərqli şəkildə bəhs ediləcək”.
Hande bundan sonra “Sizcə, Beren Saat, yoxsa Farah Zeynep Abdullah Bihter obrazını yaxşı canlandırır” sualına bu sözləri deyib:
“Bir az alma-armud söhbəti oldu. Biri serialdır, digəri film. Mənim aktrisa kimi ən çox bəyəndiyim isə Farah Zeynep Abdullahdır. Hələ yeni tanış olmuşuq, dost deyilik. Fikrimcə, onunla qarşılıqlı oynamaqdan həzz alacam”.