Film / Serial
Film / Serial

“Qara Volqa” yenidən çəkilir

“Qara Volqa”  yenidən çəkilir

Cəmşid Əmirovun eyniadlı romanı əsasında ekranlaşdırılan “Qara Volqa” filmi yenidən çəkilir. 

OLAY yazır ki, Elvin Əhmədovun rejissorluğu əsasında lentə alınan filmin aktypor heyətində bir çox məşhur sima yer alıb. 

Aktyorlar Ziya Ağa, Kamran Ağabalayev, Rüstəm Cəbrayılovla yanaşı müğənni Emil Bədəlov da ekran işində çəkilib. 

Qeyd edək ki, filmin birinci versiyası 1994-cü ildə Nadir Əzməmmədovun rejissorluğu ilə lentə alınıb və filmdə Rasim Balayev, Fuad Poladov kimi ustad aktyorlar oynayıb.