Daha bir türk serialında Azərbaycanla bağlı səhnəyə yer verilib.
OLAY yazır ki, Fox TV-də yayımlanması gözlənilən “Dokuz Oğuz” adlı ekran işinin fraqmentində ölkəmizlə bağlı detal diqqət çəkib.
Kubilay Akanın baş rol olduğu serialda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadə və mərhum Prezident Əbülfəz Elçibəyin portreti yer alıb.
Həmin hissədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün rəsminin yanında divara asılan şəkillərlə yanaşı Azərbaycan bayrağı da olub.
Qeyd edək ki, ekran işi 28 yanvarda təqdim ediləcək.