Film / Serial
Film / Serial

“Titanik” 25 il sonra ekranlarda

“Titanik” 25 il sonra ekranlarda

Dünyaca məşhur “Titanik” filmi yenidən yayımlanacaq. 

OLAY yazır ki, ekran işi 25 illik yubileyi şərəfinə fevralın 10-da 4K formatında göstəriləcək. Ötən gün isə sözügedən ekran işinin yeni posteri təqdim edilib. 

Qeyd edək ki, 2 milyard dollardan çox gəlir götürən bu layihə kinemotoqrafiya tarixinin ən gəlirli və yaddaqalan filmlərindəndir. Kino 11 Oskar mükafatına layiq görülüb. Rejissoru Ceyms Kemeronun olduğu filmdə baş obrazları Leonardo Di Kaprio və Keyt Uinsletdir.