Franko Zefirellinin filmi “Romeo və Cülyetta”da rol alan Leonard Uaytinq və Olivia Hussey ekran işini beynəlxalq yayıma çıxaran “Paramount”u məhkəməyə verib.
OLAY yazır ki, 72 yaşlı Uaytinq və 71 yaşlı Hussey iddialarında şirkəti cinsi istismarda və yeniyetmələrin çılpaq şəkillərini yaymaqda günahlandırıblar.
Husseyin çəkiliş vaxtı 15, Uaytinqin isə 16 yaşı olub. İddiaya görə, 2019-cu ildə dünyasını dəyişən Franko yeniyetmələri aldadaraq, əvvəlcə onlara çəkiliş meydançasında soyunmayacaqlarını, əksinə, xüsusi ət rəngli alt paltarlarından istifadə edəcəklərinə əmin edib. Bildirib ki, çərçivəyə açıq qalan bədən hissələri daxil edilməyəcək. Əvəzində Zefirelli çəkiliş günü gənc aktyorları bədən makiyajı ilə çılpaq çəkilişlərə məcbur edib. Aktyorlar iddia edirlər ki, rejissor onları öz xəbəri olmadan çılpaq şəkildə lentə alıb. Studiyanın bundan xəbəri olub və ya bilməli idi. Aktyorlar şirkətdən 500 milyon dollardan çox (850 milyon manatdan çox) təzminat tələb edirlər.
Bunun aktyorluq karyeralarını məhv edən travma olduğunu düşünürlər.