“Bayram günlərində vaxt tapıb kinoteatrlarda nümayiş olunan milli filmlərimizə baxmağa gedin, Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olun”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli sosial media hesabında yazıb.
“Əyri-əskikləri biz də bilirik… Reallıqlar var ki, danılmazdır. Amma bu gün kiçik bir işıq varsa, onu görməzlikdən gəlməyək. Sizin dəstəyiniz yeni istedadlı yaradıcı nəslin yetişməsi və kino xadimlərimizə böyük stimul olar. Son baxdığım “Dönənlər” filmi nümayiş olunur. Əməyi keçən hər kəsi təbrik edirəm”.