Ötən gün baş tutan “Dönənlər” filminin qalasına səhnədəki etirazlar damğa vurub.
OLAY yazır ki, filmin baş prodüseri Fariz Əliyev kinoteatrların birləşə bilməməsini tənqid edib:
“Kinoteatrlarda bəzi əngəllər var. Necə hadisədir ki, 100 ildən çox bir müddətdən sonra Güney Azərbaycanla ruhən birləşmək mövzusunu qaldırarkən, balaca Bakıda kinoteatrlar birləşə bilmir”.
Əməkdar artist Dilarə Əliyeva isə fikirlərini belə dilə gətirib:
“Siz bizim yanımızda olanda güclü oluruq. Yanımızda olun, dəstək olun, şərait yaradın, yeni filmlər çəkək. Bizim layihələrimizə şərait yaratmayanlar isə demirəm, tarix qarşısında, heç olmasa tamaşaçı qarşısında cavab versinlər”.
Aktyor Ziya Ağa “Heç bir bina, idarə, kinoteatr adı sizdən nə artıq, nə də yuxarıdadır. Siz və bu insanlar olmasa bu kinoteatrların nə isə...”, - deyə, bildirib.