Aktyor Rupert Qrint yerli sakinlərə rüşvət verməklə Hertfordşirdəki bağçasında ekoloji kənd tikmək üçün icazə almağa cəhd etməkdə şübhəli bilinir.
OLAY yazır ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
“Harry Potter” ulduzu 5,4 milyon funt-sterlinq dəyərində olan Kimpton Grange malikanəsində doqquz ev tikmək planı təklif edib.
Qrintin qərarı ekoloji cəhətdən təmiz olduğu üçün təriflənib və yerli ibtidai məktəbdə alqışlanıb. Lakin bəzi sakinlər aktyoru pulsuz hədiyyələrlə onları özlərinə cəlb etməyə çalışmaqda günahlandırıblar.
İddialara görə, kəndlilərə mülkdə mülk alarsa, onlara torpaq “hədiyyə” təklif olunub.
Qeyd olunub ki, ekokənd salınması planı həyata keçərsə, 32 ağacın taleyi sual altında qalacaq.