Maraqla gözlənilən “Prestij meselesi” filminin afişası yayımlanıb.
OLAY yazır ki, poster layihənin rəsmi instaqram hesabında paylaşılıb.
Ekran işi 3 fevraldan izləyicilərə təqdim ediləcək.
Qeyd edək ki, kinoda Biran Damla Yılmaz, Eser Yenenler, Aslıhan Güner, Erkan Petekkaya və başqaları yer alıb.
1992-1993-cü illəri əhatə edəcək film əfsanəvi musiqi prodüseri Hilmi Topaloğlunun “Prestij müzik” şirkətini qurduğu dövrdən bəhs edir. Bu şirkətlə sənət fəaliyyətinə başlayan Mahsun Kırmızıgül, Haluk Levent və Özcan Denizin gənclik illəri ekran işində əks olunub. Mahsunu filmdə oğlu Mahmut oynayıb.