Amerikan rejissor Ceyms Kemeronun “Avatar: Su yolu” filminin dünya üzrə kassası təxminən 435 milyon dollar təşkil edib.
OLAY yazır ki, bu barədə distribyutor “Walt Disney” şirkəti məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və Kanadada gəlirlər 134 milyon dollar təşkil edib. Dünyanın başqa yerlərində film həftəsonunun sonuna qədər daha 301 milyon dollar qazanıb.
“Reuters” xəbər verir ki, Şimali Amerika bazarında kassa gəlirləri gözləniləndən aşağı olub.