“Avatar”ın 13 ildir gözlənilən filmi nəhayət ki, təqdim olunur.
OLAY yazır ki, gələn həftə bütün dünya və Azərbaycanda premyerası olan “Avatar: The Way of Water” (Avatar: Suyun yolu) haqqında gözlənilən ilk şərhlər gəlib. London premyerasında mətbuata nümayiş etdirilən “Avatar 2” filminə tam qiymət verilib.
Filmi ilk tənqid edən Oskar mükafatlı rejissor Guillermo Del Toro olub və onu “heyranedici uğur” adlandırıb.
IndieWire-ın baş kino tənqidçisi David Ehrlich “Birincisindən daha yaxşı və son illərdəki ən yaxşı kino təcrübələrindən biri” şərhini edib. “Happy Sad Confused” verilişinin aparıcısı Joş Horoviç "Ceyms Cameron bir daha kinorejissorlarına bunun necə edildiyini göstərir" cümlələrini paylaşıb.