Türk aktrisa və ssenarist Gülse Birselin “Yılbaşı gecesi” filminin yayım tarixi bəlli olub.
OLAY yazır ki, Gülsenin “Disney+” üçün yazdığı layihə dekabrın 30-da təqdim olunacaq.
Qeyd edək ki, filmdə Cengiz Bozkurt, Fatih Artman, İrem Sak, Alican Yücesoy, Serkan Keskin, Boran Kuzum, Büşra Pekin ve Ayta Sözeri kimi simalar var. Gülse sözügedən platforma ilə 30 milyon lirəlik (2 milyon 800 min manat) müqavilə imzalayıb.