Fotosessiya
Fotosessiya

“Squid Game” rekord qırır

“Squid Game” rekord qırır

“Netflix”in “Squid Game” adlı serialı dünyada rekord qırmağa davam edir.

OLAY yazır ki, amansız sağ qalma yarışmasından bəhs edilən Koreya serialı iki həftə öncə yayımlansa da, xeyli diqqət çəkib. İndiyədək ən çox izlənilən romantik dram serialı “Bridgerton”u da keçməyə hazırlaşır.

Yeni formatda diqqətçəkən görüntüləri, real obrazları və insan psixologiyasına qarşı düşündürücü dialoqları ilə bütün dünyada izlənilməyə başlayan serial hazırda 83 ölkədə “Netflix”in “TOP-10”luğunda ilk pillədə qərarlaşıb.