Türkiyənin məşhur “Hayat bugün” serialında Azərbaycan mahnısı səslənib.
OLAY yazır ki, sözügedən ekran işindəki azərbaycanlı obraz Əli Heydər Orucovun oğlunu canlandıran aktyor “İlk məhəbbətin” mahnısını səsləndirib. Səhnədə aktyor “Bu Azərbaycan mahnısını atam həmişə anam üçün oxuyardı”, - deyə, bildirib. Əsərin sözlərində müəyyən dəyişikliklərin olması da sosial şəbəkələrdə diqqətdən qaçmayıb. Belə ki, sənətçi “Sağalmaz yarası ilk məhəbbətin” misrasında “Sağalmaz” sözünün əvəzinə “Unudulmaz” deyib.
Qeyd edək ki, mahnının sözləri Süleyman Rüstəmə, musiqisi Habil Əliyevə məxsusdur.
Onu da xatırladaq ki, aktrisa Hazar Ergüçlü və Ulaş Tuna Astepenin baş rolunda olduğu “Hayat bugün” serialında Əli Heydər Orucov obrazını Şerif Erol canlandırır.