Film / Serial
Film / Serial

“You”nun yeni sezonu bu tarixdə olacaq

“You”nun yeni sezonu bu tarixdə olacaq

Məşhur “You”  serialının dördüncü mövsümü 2023-cü ilin fevralında yayımlanacaq.

OLAY yazır ki, bu barədə “Netflix”in tvitter hesabında məlumat verilib. Qeyd olunub ki, dördüncü sezonun birinci hissəsi fevralın 9-da tamaşaçı qarşısına çıxacaq. 

İzləyicilər ikinci hissəsi bir ay sonra - martın 9-da görəcəklər. Serial əvvəllər ABŞ-da cərayən etsə də, indi Böyük Britaniyada baş verən hadisələr yer alacaq. 

Qeyd edək ki, “You” serialı bir təqibçi və qızların arxasınca qaçan qatil haqqındadır. İlk mövsüm 2018-ci ildə işıq üzü görüb.