Aktrisa Elizabet Teylorun 1961-ci ildə ilk “Oskar”a geyindiyi paltar Londonda hərraca çıxarılıb.
OLAY yazır ki, libas dekabrın 6-da “Pasion for Fashion and Ballet” auksionunda satılacaq, başlanğıc qiyməti 72,5 min dollardır.
Paltar Mark Boan tərəfindən “Christian Dior” moda evi üçün hazırlanıb. “Oskar” mükafatına layiq görülən geyim Parisdəki fransız brendinin arxivində saxlanmalı olsa da, 50 ildən artıqdır ki, aktrisanın köməkçisinin çamadanında olub.