Film / Serial
Film / Serial

Bir il də yayımlanacaq

Bir il də yayımlanacaq

Türkiyənin ən çox izlənilən seriallarından biri olan “Yasak Elma”nın 6-cı sezonu çəkiləcək.

OLAY yazır ki, beş ildir davam edən serial hələ də reytinqlərdə ən üst sıralarda yer alır. Buna görə də, rəhbərlik yayımı sonlandırmaq istəmir.

Əksinə ssenari ilə ən incə detallarına qədər maraqlanılır, başqa aktyorlar da komandaya daxil edilir.

Bildirilib ki, fövqəladə bir hal olmasa, serial gələn il də davam edəcək.

Qeyd edək ki, sözügedən ekran işində Şevval Sam, Eda Ece kimi simalar rol alır.