Məhkəmə heyəti türk jurnalist Fatih Altaylıya “Türkiyə Prezidentinə qarşı təhdid” ittihamı ilə 1 il həbs cəzası verib.
OLAY yazır ki, Altaylı əməli “Türkiyə Prezidentinə qarşı hücum” kimi qiymətləndirildiyi üçün cəza əvvəlcə 1 il 6 aya, daha sonra isə bu əmələ görə minimum 5 il həbs cəzası nəzərdə tutulduğu üçün 5 ilə qaldırılıb.
Məhkəmə cəzanın jurnalistin gələcəyi üzərindəki təsirini nəzərə alaraq bu müddəti 4 il 2 aya endirib.
Verilən cəzanın miqdarı nəzərə alınaraq Altaylının qaçma ehtimalı olduğu qeyd edilib və hakim məhkəmə nəzarətinin kifayət etməyəcəyinə qərar verərək onun həbsdə qalmasına hökm edib.