Digital
Digital

BluTV bu tarixdən “Max” olur

BluTV bu tarixdən “Max” olur

Türkiyənin ilk yerli rəqəmsal platformalarından biri olan BluTV, qlobal əyləncə dünyasının nəhəngi “Warner Bros. Discoveryi” ilə inteqrasiya prosesini tamamlayır.

OLAY yazır ki, bu çərçivədə, BluTV 15 Aprel tarixindən etibarən fəaliyyətini “Max” adı altında davam etdirəcək. 

Platforma, həm yerli, həm də beynəlxalq orijinal kontentləri ilə daha geniş auditoriyaya xitab edəcək.

Bu dəyişikliklə birlikdə, BluTV istifadəçiləri artıq “Warner Bros. Discovery”nin arxivindəki filmlərə, seriallara və sənədli filmlərə də asanlıqla çıxış əldə edəcəklər. 

Eyni zamanda, platformanın indiyədək təqdim etdiyi yerli orijinal layihələr də “Max” adı  altında yayımlanmağa davam edəcək.

Yenilənmə öncəsi bu gün BluTV-nin ən çox izlənilən və mükafatlı seriallarından biri olan *“Magarsus”*un ikinci mövsümünün ilk bölümü təqdim olunub. “Faro” istehsalı olan serialın nümayişinə baş rolları paylaşan Berkay Ateş, Çağlar Ertuğrul və ikinci mövsümdə “Nuran” obrazı ilə heyətə daxil olan Hazal Türesan da qatılıb.

Tədbirdə çıxış edən BluTV rəhbəri Deniz Şaşmaz Oflaz, “Magarsus”un son iki bölümünün artıq “Max” platformasında yayımlanacağını, izləyiciləri sürpriz və iddialı yeni layihələrin gözlədiyini bildirib.

Beləliklə, BluTV-nin “Max” brendi ilə yoluna davam etməsi, Türkiyə bazarında rəqəmsal yayım sahəsində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.