Digital
Digital

APPLE ucuz qiymətə “iPhone 16” modelini təqdim etdi

APPLE ucuz qiymətə “iPhone 16” modelini təqdim etdi

“Apple” şirkəti yeni aşağı büdcəli “iPhone 16e” modelini təqdim edib.

OLAY yazır ki, sözügedən modelin qiyməti 559 dollardan başlayacaq.

Bu model daha sərfəli qiymətə güclü imkanlar təklif edən iPhone 16 seriyasına əlavədir.

Şirkət yeni model telefonlarda “ana” düyməni çıxarıb və Face ID ilə daha böyük ekran əlavə edərək cihazı yenidən dizayn edib.

Yeni model “iPhone 16” və “iPhone 16+” kimi A18 çipi ilə təchiz edilib. Cihaz həmçinin “Apple Intelligence AI” ni dəstəkləyir. 

Modelin arxa panelində isə bir kamera yerləşdirilib.