Digital
Digital

TikTok ABŞ-də qadağan olunur?

TikTok ABŞ-də qadağan olunur?

ABŞ-də TikTok-un taleyi hələ də bir qədər dumanlıdır. 

OLAY xarici mətbuata istinadən yazır  ki, yanvarın 19-da TikTok-un ABŞ-də fəaliyyətini dayandırılması planlaşdırılır. İddia olunur ki, bu səbəbdən bəzi milyarderlər sosial media şirkətini almaq niyyətinə düşüb. İlon Maskın TikTok-u təxminən 40-50 milyard dollara almaqda maraqlı olduğu bildirilsə də, şirkət bu şayiəni rədd edib və “Sky News”a verdiyi açıqlamada "Bizdən xalis fantastikanı şərh etməyi gözləməyin” deyib.

Tanınmış yutuber MrBeast də TikTok almaq arzusunu gizlətməyib. “Bu barədə sosial şəbəkədə yazdığımdan bəri mənimlə çoxlu milyarderlər əlaqə saxladı, gəlin görək bu işin öhdəsindən gələ biləcəyikmi”, o, etiraf edib.

Bundan əlavə, “Shark Tank” ulduzu Kevin Oliri də TikTok-u almaqda maraqlı olduğunu, lakin satışın son nəticədə Çin Prezidenti Xi Cinpinə aid olacağını söyləyib. “O, qərar verməlidir. Bütün Çin şirkətləri onun nəzarətindədir”, - Fox televiziyasına açıqlamasında dilə gətirib.⁠