Dünyanın ən populyar onlayn video platforması olan “YouTube” yeni reklam nümayişi sistemi ilə istifadəçilərin qarşısına çıxmağa hazırlaşır.
OLAY yazır ki, yeni sistemlə videolar dayandırıldıqda ekranda statik reklamlar görünəcək.
“YouTube”un yeni reklam sistemi yaxın günlərdə həyatımıza daimi olaraq daxil olacaq.
YouTube bu sistemi ilk dəfə keçən il sınaqdan keçirməyə başlayıb, lakin uzun müddət bununla bağlı rəsmi açıqlama verməyib.
“YouTube”un baş icraçı direktoru Oluva Falodun sözlərinə görə, bu yeni reklam nümayişi modelinin “YouTube Premium”un abunəçisi olmayan istifadəçilər üçün istifadəyə veriləcəyini artıq təsdiqlənib.
Yeni sistemə görə, istifadəçi videonu dayandırdıqda ekran kiçiləcək və yeni reklam göstərilməyə başlayacaq.