“Telegram”ın qurucusu və baş direktoru Pavel Durovun Fransada həbsi tətbiqin populyarlığına və reytinqinə təsir etməyə başlayıb.
OLAY yazır ki, sözügedən platformanın yükləmələrinin sayında artım olub ki, bu da ona Amerika “App Store”un sosial şəbəkələr cədvəlində ikinci yeri tutmağa və “iOS”da dünyada yükləmələrin sayını 4 faiz artımına imkan verib.
Eyni zamanda Durovun saxlandığı Fransada tətbiq “App Store”da “sosial şəbəkələr” kateqoriyasında 1-ci yerə yüksəlib və ümumi reytinqdə üçüncü olub.
Ən yaxşı proqramlar cədvəlində (oyunlar daxil deyil) “Telegram” ABŞ-da 18-ci yerdən 8-ci yerə yüksəlib, cümə günündən bəri 10 pillə yüksəlib. “Appfigures”in məlumatına görə, bu, ən azı 1 yanvar 2023-cü ildən bəri ən yüksək reytinqdir.
Bununla yanaşı Pavel Durovun saxlanılması Fransa hökumətini çətin vəziyyətə salıb. Beləki, hökümət çox sayda maliyyə itkisi ilə üzləşib.
Bununla bağlı iş adamı Kim Dotkom “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Durovun həbsindən bir gün BƏƏ 80 yeni nəsil Rafale döyüş təyyarəsinin alınması ilə bağlı müqaviləni dondurub. Müqavilənin qiyməti isə 17 milyard dollar dəyərindədir. Bu məbləğin itməsi Fransa iqtisadiyyatına mənfi təsir göstərəcək.
Dotkomun sözlərinə görə, Pavel Durov BƏƏ vətəndaşıdır və baş nazirin müavini Həmdan Əl Maktumun yaxın dostudur.