Digital
Digital

Durovun köməkçisi və mühafizəçisi sərbəst buraxıldılar

Durovun köməkçisi və mühafizəçisi sərbəst buraxıldılar

 Fransada saxlanılan “Telegram”-ın sahibi Pavel Durovun mühafizəçisi və köməkçisi hüquq mühafizə orqanları tərəfindən dindirildikdən sonra sərbəst buraxılıblar.

OLAY yazır ki,  bu haqda “Le Figaro” nəşri məlumat yayıb. 

Qeyd edək ki, Durov avqustun 24-də Parisin Le-Burje aeroportunda saxlanılıb.

Paris prokurorluğunun məlumatına görə, Pavel Durova qarşı iş iyulun 8-də Fransada açılıb. O,12 cinayətdə ittiham olunur.