Digital
Digital

“Tək həyat ən yaxşısıdır” - Rozanın oğlu

“Tək həyat ən yaxşısıdır” - Rozanın oğlu

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlu Jerard Qafarov növbəti paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, Jerard sosial şəbəkə hesabında post paylaşaraq bu həyatda tək olmağın ən yaxşı hal olduğunu yazıb.

“Sevgilim, keçmiş sevgilim, sevgi - yoxdur. Yalnız, tək həyat ən yaxşısıdır” – deyə J.Qafarov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Jerard Qafarov sosial şəbəkə hesabında işsiz qaldığı üçün yeməyə pul tapmadığını yazmışdı. Jerardın özündən bir neçə yaş böyük qardaşı Corc Qafarov da var. O, aktyordur.