Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü kiçik oğlu Jerard Qafarov açıqlaması ilə diqqət çəkib.
OLAY-ın məlumatına görə, Jerard günlərdir işsiz olduğunu, hətta yeməyə belə pul tapmadığını deyib:
“Dörd-beş gündür işsizəm. İş tapa bilmirəm. Evdə yeməyim yoxdur. Neçə gündür yemək də yeyə bilmirəm. İmkanı çatan mənə kömək ola bilər, evimə yemək alım. Kimin imkanı çatırsa, yazar, kart ataram, pis vəziyyətdəyəm”.
Qeyd edək ki, Jerardın qardaşı aktyor Corc Qafarovdur.