Bu gün Xalq artisti Elçin Əzizovun doğum günüdür.
OLAY yazır ki, bu münasibətlə sənətçinin həyat yoldaşı Həmidə Məlikova onunla birgə Mikonosda çəkilən görüntülərini yayımlayıb.
49 yaşına qədəm qoyan ərini təbrik edən Həmidə sözügedən paylaşıma “Ad günün mübarək, mənim sevgim Elçin Əzizov” şərhini yazıb.
Qeyd edək ki, Elçin Əzizov Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə evlidir. Cütlüyün Cəmil adında oğulları var.