Digital
Digital

“YouTube”dan Ayaza hədiyyə

“YouTube”dan Ayaza hədiyyə

Müğənni Ayaz Babayevə “YouTube” şirkəti tərəfindən hədiyyə göndərilib.

OLAY yazır ki, ifaçının sözügedən platformada 100 min izləyicisinin olması münasibətilə belə bir addım atılıb. O, bu barədə instaqram hesabında paylaşım edib.

“Hər şeyə və hər kəsə rəğmən hər gün daha da böyüyürük, daha da inkişaf edirik. Bu plaket mənim üçün o qədər dəyərlidir ki. İllərimdir, əziyyətimdir, komandamdır, dinləyicilərimdir, sevənlərimdir. Mən bu yola çıxanda bir tək ümidim Allaha idi. Ayaqyalın gəldiyim bu yolda məni uğurlu etdiyin üçün şükürlər, Allahım. Hamınıza sonsuz təşəkkürlər, sevgilər, hörmətlər”, - deyə, Babayev bildirib.