Almaniya Federal hökuməti TikTok sosial media platformasına daxil olduğunu elan edib.
OLAY yazır ki, hökümət bu addımı atmaqla vətəndaşların sosial mediada siyasət haqqında daha çox informasiya almağını təmin edəcək.
Hesab xüsusilə gənc istifadəçilər üçün nəzərdə tutulub. Onlar Almaniya siyasəti ilə bağlı öz sual, irad və təkliflərini hökümətə bildirə biləcəklər.
Almaniya Baş Naziri Olaf Şolts “X” hesabından TikToku etiketləyərək “Rəqs etməyəcəyəm, söz” deyə paylaşıb.