Digital
Digital

“Youtube” “Premium” Azərbaycanda!

“Youtube” “Premium” Azərbaycanda!

YouTube “Premium” abunəliyini Azərbaycan üçün də aktivləşdirib.

OLAY yazır ki, bu barədə TechNote məlumat verib.

Abunəlik sayəsində: Reklamsız “YouTube” videoları izləmək; “YouTube Music” dinləmək; “YouTube” videosunu arxa planda açıq qoymaq; “YouTube” videolarını yükləyərək internet olmadan izləmək mümkün olacaq.

Qiymətlər Azərbaycana özəldir:

Tələbələr üçün aylıq: 3,89$

Fərdlər üçün: 6,59$

Ailə paketi: 12,49$

İlk 1 ay isə pulsuzdur.