“Bloomberg” planetin ən varlı adamlarının reytinqini dərc edib.
OLAY yazır ki, siyahının lideri Tesla və SpaceX-in qurucusu İlon Maskdır, onun hesabında 232 milyard dollar var. Amma bizi daha çox başqa mövqe maraqlandırırdı - sərvəti ilk dəfə 100 milyard dolları keçən dünyanın ən varlı qadını.
Rekordçunun kosmetika nəhəngi L'Oreal-ın varisi, şirkətin qurucusu Eugen Skullerin nəvəsi Fransua Bettenkord Mayers olduğu ortaya çıxıb.
Milyarderlər reytinqində 70 yaşlı fransız qadın on ikinci yeri tutur. O, “L'Oreal” səhmlərinin bahalaşması sayəsində bu səviyyəyə qalxıb. Yeri gəlmişkən, o, 2017-ci ildə vəfat edənə qədər dünyanın ən zəngin qadını titulunu saxlayan anası Liliane Bettenkortdan şirkətdəki payı miras alıb.
Düzdür, böyük sərvətinə baxmayaraq, Fransuaza Fransanın ən zəngin sahibkarı deyil. Lüks konserni LVMH-nin sahibi Bernard Arnault 179 milyard dollar sərvəti ilə ondan önə keçə bilib.