Digital
Digital

Azərbaycanda “TikTok” bağlandı?

Azərbaycanda “TikTok” bağlandı?

"TikTok” sosial şəbəkəsinin ölkə ərazisində yayımlanması müvəqqəti dayandırılıb.

OLAY News24.az-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən cavab tədbirləri görülür. Həyata keçirilən hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayımlanmasının qarşısının alınması məqsədilə “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılıb.