Digital
Digital

"WhatsApp"-da yenilik: Sizi tapa bilməyəcəklər

"WhatsApp"-da yenilik: Sizi tapa bilməyəcəklər

Populyar mesajlaşma platforması "WhatsApp" yeni İP ünvanı qoruma funksiyası ilə istifadəçi məxfiliyini daha yüksək səviyyəyə daşıyacaq.

OLAY yazır ki, yeni funksiya istifadəçilərə zənglər zamanı IP ünvanlarını təhlükəsiz şəkildə "WhatsApp" serverlərinə köçürməyə imkan verəcək. 

Mesajlaşmada bu funksiyadan istifadə etməyə ehtiyac qalmayacaq. Bunun səbəbi mesajın göndərilməsi və qəbulu zamanı bütün məlumatların uçdan-uca şifrələmə ilə mühafizə olunmasıdır. 

"WhatsApp" "İP Ünvanının Qorunması" funksiyası mahiyyətcə istifadəçilərin fiziki yerini izləmək cəhdlərindən qoruyur. 

Bu funksiya ilə yerinizin təyin olunması mümkün olmayacaq. 

Bu funksiya olmadığı halda, istifadəçilərin onlayn fəaliyyətini izləmək və onların yerini müəyyən etmək mümkün olur.