Dünyaca məşhur xorvatiyalı çello ifaçısı Stjepan Hauser Kim Kardaşyanla paylaşımı müzakirə yaradıb.
OLAY yazır ki, musiqiçi Kardaşyanla şəklinə “erməni qadınları möhtəşəmdir” şərhini qeyd edib.
Lakin bu post sosial şəbəkələrin türk və azərbaycanlı istifadəçiləri ilə yanaşı erməniləri də qəzəbləndirib.
Belə ki, əksəriyyət paylaşımdan sonra Hauseri izləmədən çıxaracağını bildirib.
Çoxu Kardaşyanın plastik əməliyyatlar sayəsində yaxşı göründüyünü, əslində gözəl və möhtəşəm olmadığını yazıb. Əksər ermənini qəzəbləndirən məqam isə qadınlarının Kardaşyanın adı ilə ümumiləşdirilməsi olub.
Türklər isə porno videoları ilə tanınan Kimin İkinci Qarabağ müharibəsi dövründə Gəncədə və Bərdədə dinc əhalini raket hücumuna tutan və terror törədən Ermənistana maddi yardım göndərdiyi üçün cani və qatil olduğunu yazıblar.
Hauser bu postdan sonra xeyli izləyici itirib.