“WhatsApp” daha bir yeniliyi təqdim edib.
OLAY yazır ki, uzun müddətdir Telegram-da uğurla fəaliyyət göstərən kanallar artıq “WhatsApp”da da olacaq.
“WhatsApp” kanallarında məxfiliyin qorunması tədbirləri çərçivəsində yazılar müəyyən müddətdən sonra silinəcək.
“Biz kanalın post tarixçəsini serverlərimizdə maksimum 30 gün saxlamağı planlaşdırırıq və daha sonra onu abunəçinin cihazlarından daha erkən silmək imkanı əlavə edəcəyik”, - deyə, şirkətin açıqlamasında bildirilir.
Həmçinin, administratorlar kanala baxarkən skrinşot çəkməyi və ondan məzmunu yönləndirməyi qadağan edə biləcəklər. Nəhayət, adminlər öz kanallarına kimin abunə olmasına icazə verildiyini idarə edə, həmçinin kanallarını kataloq axtarış nəticələrindən gizlədə biləcəklər.
Təbii ki, adminin telefon nömrəsi və profil şəkli abunəçilər üçün görünməyəcək və abunəçilərin telefon nömrələri adminlər də daxil olmaqla kanaldakı hər kəsdən gizlədiləcək. Bundan əlavə, heç kim sizin hansı kanallara abunə olduğunuzu görməyəcək.