Digital
Digital

İlkin Həsəni yollardan şikayətləndi

İlkin Həsəni yollardan şikayətləndi

Aparıcı İlkin Həsəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edib.

OLAY yazır ki, o, instaqram hesabında video paylaşaraq Xətai rayonundakı yolların vəziyyəti barədə danışıb. İlkin qurumu tənqid edərək sözügedən əraziyə diqqət yetirmədiklərini söyləyib:

“Sizə Süleyman Vəzirov küçəsindən danışım. Artıq neçə ildir bu ərazidə yaşayıram. Bura Xətai Rayon İcra Hakimiyyətinin binasının düz arxasında piyadalar üçün olan yoldur və illərdir belə bir vəziyyətdədir. Təsəvvür edin ki, icra hakimiyyəti binasının arxasında əgər yol belə bərbad vəziyyətdədirsə, görün, rayonun digər yerlərində vəziyyət necədir.

Avtomobil Yolları Dövlət Agentliyi, nəzərinizə çatdırım ki, Bakı şəhəri təkcə Neftçilər prospektindən ibarət deyil. Paytaxtın digər küçələri də var. Eləcə də Süleyman Vəzirov küçəsi. Yadınıza gəlməz, bu küçəni axırıncı dəfə nə vaxt xətləmisiniz? Baxın, qarşıda piyada keçidi var. Keçidin yalnız nişanları var. Bura piyada keçididir, amma xətti yoxdur. Qarşıda da, ortada da xətt yoxdur. Yalnız bu təmir olunanda xətt çəkilib, ondan sonra yoxa çıxıb”.

Həsəni daha sonra AAYDA-nın mətbuat katibi Anar Nəcəflinin onunla əlaqə saxladığını bildirib:

Anar Nəcəfli əlaqə saxladı, bildirdi ki, xətləmə işi ilə o agentlik məşğul deyil. Qeyd etdi ki, agentlik yalnız yeni təmir olunmuş yolların xəttlənməsi ilə məşğuldur. Növbəti mərhələ Bakı Nəqliyyat Agentliyinin ixtiyarındadır. Hazırda da təhvil-təslim işləri getdiyi üçün bilinmir ki, bu işlə kim məşğuldur”.